Biznes planları və fandreyzinq
Biznes-plan-sərmayədarlara (banklara, mülkiyyətçilərə, dövlət müəssisələrinə və s.) və ya menecerlərə investisiya qoyuluşunun başlanması və baxılan layihələrin həyata keçirilməsi haqqında qərar qəbul etmək üçün lazım olan sənəddir.
Burada tərəflər üçün vacib olan layihənin bütün tərəfləri açıqlanmalıdır.
Sənədin strukturu vəziyyətdən asılı olacaq, adətən bizim işimizə aşağıdakılar daxildir:
- maliyyə təhlili, şirkətin cari vəziyyətinin öyrənilməsi;
- bazarın təhlili və proqnozu;
- investisiya və əməliyyat xərclərinin tərkibi və miqdarı haqqında məlumatların toplanması və təhlili;
- layihənin təşkilati-maliyyə planının hazırlanması və optimallaşdırılması;
- UNİDO standartlarına uyğun investisiya layihələrinin qiymətləndirilməsi;
- biznes plan mətninin hazırlanması, ona əlavələrin hazırlanması;
- investor üçün təqdimatların, infoqrafiyanın və digər əlaqəli materialların hazırlanması.